Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti səlahiyyətlərini icra edən Yusif Abdullayev Caspian Energy Club-un təşkil etdiyi ənənəvi Online B2G Forumunda iştirak edib. Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Eləcə də bax: "Caspian Energy Club" separatçı rejimi dəstəkləyən şirkətlərlə əməkdaşlığı dayandırır
FED.az xəbər verir ki, bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Tədbir Qzərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinin bir dədiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayevə çıxış edərək ilk öncə tədbir iştirakçılarını Ali Baş Komandanın başçılığı ilə Şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbrik edib.
Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqaməti barədə danışıb, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işləri, ölkəmizdə pandemiyanın sahibkarlığa mənfi təsirlərinin minimuma endirilməsi üçün həyat keçirilən sistemli tədbirləri diqqətə çatdırıb. Həmçinin Milli İxrac Strategiyası (MİS) haqqında məlumat verib,sənəd layihəsi ilə bağlı sualları cavablandırıb.
Daha sonra Yusif Abdullayev Online B2G Forum iştirakçılarının təkliflərini dinləyib.
AZPROMO ilə sıx əməkdaşlıqdan danışan Telman Əliyev qeyd edib ki, Caspian Energy Club-un üzvü olan əksər şirkətlər ixrac yönümlüdürlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında Azərbaycan şirkətlərinin məhsul və xidmətlərinin beynəlxalq bazara çıxarılmasının vacibliyini dəfələrlə vurğulayıb. Bunun üçün Azərbaycan məhsul və xidmətlərinin beynəlxalq bazarlarda irəliləyişinin PR üçün əlavə imkanlar yaradacaq bir sıra dövlət proqramlarının həyata keçirilməsi zəruridir. Sözügedən prosesin aktuallığı işğaldan azad olunmuş ərazilərdə Şuşa, Ağdam, Cəbrayıl və s. brendləri ilə məhsulların istehsalı başlandıqdan sonra daha da artacaq. Məhz buna görə AZPROMO ilə fəal əməkdaşlığı vacib hesab edirik. Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən
Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.