Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının paylarının strukdunda köklü dəyişikliklər baş verib.
FED.az bu barədə şirkətin yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.
Şirkətin səhmlərinin yarısına, yəni 50%-nə (100 000 səhm) sahib olan Yusifov Yadulla Vaqif oğlu şirkətdəki bütün payını satıb.
Şirkətin digər 50%-lik tərəfdaşı olan Hacıyev Rüstəm Rauf oğlu isə səhmdar kimi qalsa da, onun mövqeyi ciddi şəkildə zəifləyib. Onun nizamnamə kapitalındakı payı 50%-dən 40%-ə (80 000 səhm) enib.
Bununla yanaşı Qəribli İlkin Eldar oğlu şirkətin səhmlərinin 40%-ni (80 000 səhm) əldə edərək yeni səhmdara çevrilib Onunla yanaşı, şirkətə Hacıyev Ramin Rauf oğlu da daxil olub və səhmlərin 20%-nə (40 000 səhm) sahiblənib.
Ümumi səhmdarların sayı 2-dən 3-ə yüksəlib.