“BOA Agency” ASC hər birinin nominal dəyəri 1 manat olan 110 min ədəd adi, sənədsiz, adlı səhmlər buraxacaq.
FED.az bunu “BOA Agency”nin emisya prospektinə istinadən xəbər verir.
Beləliklə, səhm kapitalı 110 000 manat artırılmış olacaq.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 90 min manat olmaqla onun səhmləri Yusifov Yadulla Vaqif oğlu (50%) və Hacıyev Rüstəm Rauf oğlu (50%) adlı fiziki şəxslərə məxsusdur.
Emitentin anderrayteri “Unicapital İnvestisiya Şirkəti”dir.
-Emitentin qeydiyyatda olduğu ünvan AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir Cəlal küçəsi, 36 D, ünvanıdır.
Qeyd edək ki, "BOA Agency" şirkəti 2022-ci 816,3 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə xalis mənfəət 299,7 min manat idi.