Bakı Fond Birjasında “GL” ASC şirkətinin yeni istiqrazları yerləşdiriləcək.
“Sizin Lombard”ın 1.5 mln. dollarlıq istiqrazları listinqə - DAXİL EDİLDİ
FED.az xəbər verir ki, buraxılışın ümumi həcm i 500 min manatdır. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olmaqla 500 ədəd istiqraz buraxılacaq.
İstiqrazların illik gəlirliliyi 12 faizdir. Faiz ödənişləri ayda bir dəfə ödəniləcək.
Qeyd edək ki, “GL” ASC şirkəti “Sizin Lombard” brendi ilə Lombard bazarında fəaliyyətdə olan şirkətdir.
Şirkətin açıqlamasına görə, istiqraz emissiyasının məqsədi alternativ maliyyə resurslarının cəlb edilməsi yolu ilə cəmiyyətin (ASC-nin) fəaliyyətinin genişləndirilməsidir. Bura Gəncə və Sumqayıt şəhərlərində filial şəbəkəsinin artırılması, lombard xidmətlərinin əlçatan edilməsi və qısamüddətli kreditlərin verilməsi aiddir.
Elana əsasən, istiqrazların yerləşdirilməsi müddəti ərzində investorlar qiymətli kağızların dəyərni Emitent tərəfindən «Azer Türk Bank» ASC-də açılmış müvəqqəti cari hesaba köçürməlidirlər.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter - ölkənin tanınmış investisiya şirkətlərindən olan «İnvest-AZ İnvestisiya Şirkəti» Qapalı Səhmdar Cəmiyyətidir.
Qeyd edək ki, «İnvest-AZ» investisiya şirkəti 2016-cı il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilmiş 087986 saylı lisenziya əsasında Azərbaycanın qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətlərini göstərən peşəkar investisiya şirkətidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.