Berkshire Hathaway şirkətinin nağd pul ehtiyatı 2023-cü ilin üçüncü rübündə rekord səviyyəyə çataraq $325,2 milyard olub.
Warren Buffett “Bank of America”dakı payını 10%-dən aşağı endirib
FED.az xəbər verir ki, bu göstərici əvvəlki rübdəki $276,9 milyard göstəricisindən nəzərəçarpacaq dərəcədə yüksəkdir. "Omaha Oraklı" olaraq tanınan Buffett, üçüncü rübdə ən böyük səhmlərindən olan Apple və Bank of America-dakı paylarını əhəmiyyətli dərəcədə azaltmağa davam edib. Xüsusilə, Apple səhmlərinin təxminən dörddə birini sataraq, dördüncü ardıcıl rübdə bu investisiyanı kiçiltmiş oldu. Bank of America-dan isə iyul ayından bəri $10 milyardlıq satış həyata keçirilib.
Berkshire Hathaway bu rübdə ümumilikdə $36,1 milyardlıq səhmlərdən çıxış edib. Şirkət eyni zamanda bu dövrdə öz səhmlərini geri almaqdan çəkinib. Bu tendensiya ilin əvvəlindən başlayaraq, Berkshire səhmlərinin geniş bazarı üstələməsi və yüksək dəyərlərə çatması ilə əlaqədardır.