Milyarder investor Warren Buffettin rəhbərlik etdiyi Berkshire Hathaway bu həftə Bank of America-nın 9.5 milyon səhmini sataraq, şirkətdəki payını 10%-dən aşağı endirdi.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, satılan səhmlər təxminən 382.4 milyon dollar dəyərində olub.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının qaydalarına əsasən, şirkətlərdə 10%-dən çox paya sahib olan səhmdarlar iki iş günü ərzində bütün alış və satış əməliyyatlarını açıqlamalıdır. Hazırda Berkshire Hathaway-nin Bank of America-dakı səhmlərini daha da azaldıb-azaltmadığını öyrənmək üçün investorlar, ehtimal ki, növbəti rüblük maliyyə hesabatlarını gözləməli olacaqlar.
Buffettin şirkəti iyul ayının ortalarından başlayaraq payını azaltmağa başlayıb və o vaxtdan bəri təxminən 33.9 milyon səhmi təxminən 1.48 milyard dollara satıb. Qeyd edək ki, Buffett Bank of America-ya ilk dəfə 2011-ci ildə 5 milyard dollar dəyərində investisiya etmişdi.
Berkshire yalnız Bank of America-dakı səhmlərini satmayıb. Şirkət, bu ilin əvvəlində texnologiya nəhəngi Apple-dakı payını da yarıya endirmişdi.