13 noyabr 2021-ci il tarixində "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Atena”dan “AzGranata”ya transfer – Baş icraçı direktor - TƏYİN EDİLDİ - FOTO
FED.az xəbər verir ki, sədr S.M.Hacıyevin verdiyi məlumata görə, ümumi yığıncağın gündəliyinə "Bakınerjitikinti" ASC-nin İdarə heyyətinin sədrinin dəyişdirilməsi məsələsi salınmışdır.
Qeyd olunanları nəzərə alaraq göstərilən vaxtda Səhmdarların növbədənkənar ümumi yığıncağında iştirak etmələri xahiş olunur.
Yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsi 37 ünvanda "Bakıenerjitikinti" ASC-nin inzibati binasında saat 11:00 keçiriləcəkdir. (Marja)