"Bakı Ticarət Mərkəzi" MMC 12.11.2025-ci il tarixdən nizamnamə kapitalının 2,5 milyon manat azaldıldığını elan edir.
FED.az xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlardan bir ay ərzində öz tələblərini Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 30, mənzil 67 ünvanına bildirə bilərlər.
MMC-nin buna qədər nizamnamə kapitalı isə 4 milyon 600 min 110 manat idi.
Qeyd edək ki, "Bakı Ticarət Mərkəzi" MMC 11 iyun 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəhimov Araz Nüsrət oğludur.













