"Bakı Qida və Yağ Fabriki" MMC nizamnamə kapitalını 2 559 276 manat və yaxud 23,3% azaldaraq 11 000 000 manatdan 8 440 724 manata endirdiyini elan edib.
Eləcə də bax: Azərbaycanda şirkətin kapitalından 32 min manatdan çox - Pul Geri Götürülüb
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92A, 2023-cü məhəllə ünvanına bildirə bilərlər.
Xatırladaaq ki, "Bakı Qida və Yağ Fabriki" 2008-ci ildə yaradılıb. Şirkət "Azərsun Holdinq" MMC-yə daxildir. (Report)