Azərbaycanda fəaliyyət göstərən şirkətin kapitalı azaldılıb.
Eləcə də bax: Azərbaycan şirkəti - Rebrendinq Etdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Esstcon” MMC nizamnamə kapitalının 33.000 manatdan 300 manatadək azaldığını elan edir. Nəticədən 32 min 700 manat kapital geri çəkilib.
Qeyd edək ki, “Esstcon” MMC 2018-ci ildə dövlət qeydiyyatına alıb. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 138A, mənzil 51, qanuni təmsilçisi isə Aqil Allahverdiyevdir.