4 fevral 2026-cı il tarixdə, saat 11:00-da “Bakı Məişət Maşınları” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçirilməsi (VÖEN: 1500028361) nəzərdə tutulur.
FED.az xəbər verir ki, yığıncağın Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 6, “Bakı Məişət Maşınları” ASC-nin inzibati binası ünvanında keçirilməsi nəzərdə tutulur.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Bakı Məişət Maşınları” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
3. “Bakı Məişət Maşınları” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi; 4. “Bakı Məişət Maşınları” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);
5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
6. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.
Əlaqə telefonu: (050) 215-76-17











