30 sentyabr 2024-cü il tarixində "Bakı-Ət" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. ASC-nin fəaliyyətinin 2023-cü maliyyə ilində yekununun müzakirəsi.
2. Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, balansın təsdiqi.
3. İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi.
Yığıncaq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2 ünvanında keçiriləcək.