"Aznet Technologies" MMC (VÖEN: 1308647091) "Araznet Technologies" MMC-nin (VÖEN: 0201577291) ona qoşulması şəklində yenidən təşkil olunur.
FED.az xəbər verir ki, "Aznet Technologies" MMC "Araznet Technologies" MMC-nin bütün hüquq və vəzifələri üzrə hüquq varisidir.
Qeyd edək ki, "Aznet Technologies" MMC 2 min manat nizamnamə kapitalına malikdir, qanuni təmsilçisi Dmitri Zverv Vladimiroviçdir.
"Araznet Technologies" MMC isə 8 milyon 918 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ələddin Namazov Vidadi oğludur. Şirkət 22 may 2024-cü ildə dövlət qeydiyyatına alınıb.