25 iyun 2024-ci il tarixində saat 10:00-da "Bakı Elektroştamp" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 7 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. "Bakı Elektroştamp" ASC-nin Müşahidə Şurasının (Direktorlar Şurasının) seçilməsi;
2. "Bakı Elektroştamp" ASC-nin Təftiş Komissiyasının (müfəttişinin) seçilməsi;
3. "Bakı Elektroştamp" ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək "Bakı Elektroştamp" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 7 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.