29 iyun 2024-cü il tarixdə saat 11:00-da "Vulkan" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi (Səhmdar cəmiyyətin inzibati binası) ünvanında baş tutacaq.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı və balansın təsdiqi.
2. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının formalaşması (Direktorlar Şurasının, İdarə heyətinin və Təftiş komissiyasının seçilməsi).
3. Səhmdar cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditor yoxlaması ilə əlaqədar müstəqil auditor təyin edilməsi haqqında.
4. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: 050-206-36-26