15 Mart 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Aznar Distribution" MMC şirkəti dövlət qeydiyyatına alınıb.
Milyarder Əhmədovun “AZNAR”nın rəhbəri dəyişdi – Qardaşı oğlunu iş adamı əvəz edir - FOTO
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti bildirir.
Əldə etdiyimiz məlumata görə, "Aznar Distribution" şirkətinin təsisçisi 2006-cı ildən fəaliyyət göstərən və 149 milyon 987 min 312 manat nizamnamə kapitalına malik olan Teymur Əhmədov adına "Aznar" QSC-dir.
"Aznar Distribution" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 10E-dir.
Rüfət Nağdəli oğlu Nağdəliyev "Aznar Distribution" şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib.
"Aznar Distribution" şirkəti "Aznar" QSC-nin istehsal etdiyi məhsulların iri dağıtım şirkətlərinə satışı ilə məşğul olacaq.