"AzeSteelCompany” ASC-nin (VÖEN: 1000038531) 29.11.2023-cü il tarixində, saat 11:00-da səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın keçirilmə ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stansiya döngəsi, ev 1-dir.
Səhmdarların iclasa gələrkən şəxsiyyətlərini müəyyən etməyə imkan verən sənədi təqdim etmələri zəruridir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.