Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: 1701463051 ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Cəmiyyətin ləğvetmə komissiyasının AZ1095 Bakı şəhəri, Səbayıl rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 40 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Azalternativenerji" MMC 19.03.2013-cü ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 51 483 276 manatdır. Qanuni təmsilçisi Madar Quliyev Arif oğludur.