Bu ilin yanvar-noyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC xaricə 36 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 milyon dollar və ya 30,6% azalma deməkdir.
Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 51,9 milyon dollar olmuşdu.











