"AzerGold" QSC 2025-ci ilin ilk on bir ayında ixracatda yüksək artım nümayiş etdirərək xaricə 205,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,5 milyon dollar və ya 55,5% artım deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə cəmiyyətin ixracatı 132,4 milyon dollar olmuşdu.











