2024-cü ilin yanvar-mart aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" xaricə 9,3 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 5,1 milyon dollar və ya 2,2 dəfə çoxdur.
Qeyd edək ki, 2023-ci ilin ilk 3 ayı ərzində "Azərpambıq Aqrar Sənaye Kompleksi" xaricə 4,2 milyon dollar dəyərində məhsul ixrac etmişdi.