2024-cü ilin yanvar-mart aylarında "Azəralüminium" xaricə 35,3 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,5 milyon dollar və ya 7,6% çoxdur.
Qeyd edək ki, 2023-ci ilin ilk 3 ayı ərzində "Azəralüminium" xaricə 32,8 milyon dollar dəyərində məhsul ixrac etmişdi.