Bu ilin yanvar ayında "AzerGold" QSC xaricə 19,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3,8 milyon ABŞ dolları və ya 24,5% çoxdur.
Ötən ilin yanvar ayında cəmiyyətin ixracatı 15,5 milyon ABŞ dolları olmuşdu.












