Bu ilin yanvar ayında Azərbaycan xaricə 13,6 milyon dollar dəyərində tomat (pomidor) ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1,1 milyon dollar və ya 7,5% azdır.
Ötən ilin yanvar ayında Azərbaycan 14,7 milyon dollar dəyərində pomidor ixrac edib.














