2026-cı ilin yanvar–fevral aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 608,6 milyon manatlıq xidmət göstərilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,2% artım deməkdir.
Hesabat dövründə göstərilən xidmətlərin 67,7%-i əhali tərəfindən istehlak olunub.
Sektor üzrə əldə edilən gəlirin 205,3 milyon manatı və ya 33,7%-i mobil telefon rabitəsi xidmətlərinin payına düşüb.












