Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2023”) sərgisində Şri-Lankanın “Ceylon Tea Marketing LTD” şirkəti də öz məhsullarını təqdim edir.
Rusiyanın məşhur şirkəti Azərbaycanda - TURİZM MƏRKƏZİ TİKƏCƏK
FED.az xəbər verir ki, şirkətin sahibi Roşan Nanayakkara Bakı Ekspo Mərkəzində yaradılan şəraitdən məmnunluğunu ifadə edərək deyib ki, Bakı şəhəri və azərbaycanlıların qonaqpərvərliyi ona çox xoş təsir bağışlayıb.
Şirkətin məhsulları haqda məlumat verən qonaq qeyd edib ki, sərgidə təqdim edilən məhsullar Şri-Lankanın seylon çayıdır. Şri-Lankada istehsal edilən çay Rusiya, bəzi Ərəbistan ölkələri ilə yanaşı, digər dövlətlərə də ixrac olunur:
“43 ildən çoxdur ki, fəaliyyət göstərən şirkətimiz fərqli çay çeşidlərinin hazırlanması, qablaşdırılması və istehsalı ilə məşğuldur. Azərbaycanın bəzi şirkətləri ilə də əməkdaşlıq edirik. Gələcəkdə Azərbaycanda öz filialımızı açmaq istəyirik”. (Azərtac)