"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ötən il dekabrın 29-da 35 milyon manat kredit cəlb edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, kredit bankdan illik 7,25 %-lə, 7 il müddətinə, ABŞ dollarında ifadə edilməklə və qurumun aktivləri ilə təmin olunmaqla əldə edilib.










