"Azərbaycan Lizinq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1700940431) nizamnamə kapitalını kəskin azaldır.
FED.az xəbər verir ki, lizinq şirkətinin nizamnamə kapitalı 4,989,000 - (dörd milyon doqquz yüz səksən doqquz min) manat azaldılaraq 11,000 (on bir min) manat məbləğində müəyyən edilir.
Şirkətin buna qədərki sərmayəsi 5 milyon manat idi.
Xatırladaq ki, şirkət 12.12.2008-ci il tarixində yaradılıb, qanuni təmsilçisi Hikmət İbrahimov Mürşüd oğludur.
Hüquqi ünvanı Az1069, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, dön, ev 16-da yerləşir.