"Legion Finanacial" MMC təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, "Legion Finanacial" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.
Qeyd edək ki, "Legion Finanacial" 12.06.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamanə kapitalı 2 245 000 manatdır. Qanuni təmsilçisi Böyükağa Məmmədov Mirkamal oğludur.
Hüquqi ünvanı Az1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı ev 36, 1-ci mərtəbə, qapı 3-də yerləşir.