"Azerbaijan Rigs" MMC nizamnamə kapitalının 950 milyon manatdan 880 milyon manata endirdiyini elan edib.
FED.az xəbər verir ki, bu da 70 milyon manat və yaxud 7,4 % azalma deməkdir.
Qeyd edək ki, "Azerbaijan Rigs" 21 iyun 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Azər Vəliyev Hacıəli oğludur. Hüquqi ünvanı AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.152, ÇİNAR PLAZA 21-Cİ MƏRTƏBƏ ("A" BLOKU) ünvanıdır.











