Bu ilin yanvar ayında Azərbaycan xaricə 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 11,9 milyon ABŞ dolları və ya 56,4% çoxdur.
Ötən ilin yanvar ayında Azərbaycan 21,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.












