İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın növbəti sayını təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 33 milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3 milyon ABŞ dolları) ikinci, xurma (təzə) (22,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.














