Azərbaycanda şəkər və taxıl sahələrinə sahib olan aqrar şirkət “Azərşəkər” MMC-yə 2021- ildə üçüncü dəfə “maya qoyulur”.
Eləcə də bax: “PAŞA Holdinq” “Azərşəkər”in nizamnamə kapitalını - Artırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “PASHA Holding”in bu törəmə şirkətinin nizamnamə kapitalı artırılaraq 43 950 000 milyon manata çatdırılıb. Bu isə kapitalın 1 800 000 manat (4.27%) artırılması deməkdir.
Cari ilin yanvarında bu şirkətin nizamnamə kapitalı 900 000 manat (2.75%) artırılmaqla 33 600 000 manata, martında isə 8 550 000 manat (25.4%) artırılmaqla 42 150 000 manata çatdırılmışdır.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.
17 mart 2021-ci il tarixdə “Azərşəkər” və Türkiyənin “Agrobay Seracılık” şirkətləri arasında Azərbaycanda yeni müştərək heyvandarlıq və əkinçilik Aqroparkının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb. Şirkətin ötən günkü press-relizində qeyd edilir ki, Yevlax rayonunda yerləşəcək Aqroparkın fəaliyyətinin həyata keçirilməsi üçün 23 milyon manat investisiya ayrılacaq və müəssisənin fəaliyyətə başlaması ilə regionda 116 nəfər daimi iş yeri ilə təmin olunacaq.