“PAŞA Holdinq” MMC-yə məxsus “Azərşəkər” MMC-nin nizamnamə kapitalı 900 min manat və yaxud 2,75% artırılıb.
Eləcə də bax: “PAŞA Holdinq” aktivlərini - 10% Artırıb
FED.az xəbər verir ki, şirkətin kapitalı 32,7 milyon manatdan 33,6 milyon manata çatdırılıb.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. (Report)