Almaniyanın “Tchibo” qəhvə istehsalı şirkəti Rusiya bazarını tərk edir.
Eləcə də bax: “Coca-Cola HBC” Rusiyada €190 mln. - İTİRİB
FED.az xəbər verir ki, qəhvə istehsalı üzrə dünyada dördüncü yeri tutan “Tchibo” Rusiyada biznesini bağlayır. Bu ölkədə “Çibo SNQ” adı altında fəaliyyət göstərən və hazırda yerli menecmentin idarəçiliyinə keçən şirkət ilin sonuna kimi “Tchibo” və “Davidoff” qəhvələrinin satışını davam etdirəcək. Gələn ildən isə qəhvə yeni, ehtimal ki, “Gold” markası ilə buraxılacaq.
“Çibo SNQ” indiyədək məhsulun bir hissəsini Nijni Novqorodda yerləşən “Qrand-NN” fabrikində hazırlayır, digər hissəsini isə xaricdən idxal edirdi. (Azərtac)