25 iyul 2025-ci ildə "Bilasuvar Azerbaijan Holdco" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
FED.az xəbər verir ki, Bakıda 15 milyon 688 min 385.04 ABŞ dollarlıq nəhəng nizamnamə kapitalına malik yeni holdinq şirkəti yaradılıb. Bununla yanaşı 11 milyon 337 min 732,26 ABŞ dollar dəyərində başqa bir şirkət 24 iyul 2025-ci ildə "Banka Azerbaijan Holdco" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
"Bilasuvar Azerbaijan Holdco" MMC-nin qanuni təmsilçisi Jiyenbayev Yernur (Qazaxıstan Respublikası), VÖEN-i 1704027351-dir.Şirkətin Müşahidə Şurasının üzvləri isə aşağıdakılardır:
-
Al-Shaibah Abdulqader Salah Abdulqader
-
Mohamed Ahmed Salem Saleh Almuharrami
-
Maryam Rashed Ali Alhanjeri Almazrouei
-
Musayev Elmir Əhmədoviç
Şirkətin hüquqi ünvanı AZ1010, Bakı şəhəri Səbail rayonu, Neftçilər pr. ev.153-dür. Maliyyə ili 01 Yanvar - 31 Dekabr.