Bakıda keçirilən ticarət-iqtisadi missiya çərçivəsində Qazaxıstan ixracatçıları 38 mln. ABŞ dolları dəyərində müqavilələr imzalayıblar.
FED.az xəbər verir ki, hazırda 80-dən çox Qazaxıstan şirkəti öz məhsullarını Azərbaycana müntəzəm ixrac edir. Eyni zamanda, Qazaxıstandan metallurgiya məhsulları, qida və içkilər, maşınqayırma və kimya sənayesi məhsulları daxil olmaqla, 272 mln. dollar məbləğində 105 əmtəə adında ixracın artırılması potensialı mövcuddur.
Xatırladaq ki, ötəm gün Qazaxıstanın 23 istehsalçısı Azərbaycanın işgüzar dairələrinə ixrac imkanlarını təqdim ediblər. Şirkətlər qida, kimya və neft-kimya sektorlarını, əczaçılıq, metal emalı və prokat, maşınqayırma, tikinti materiallarının istehsalı və İT sənayesini təmsil edir. Azərbaycan tərəfdən Qazaxıstan biznesi ilə əməkdaşlıqda maraqlı olan 100-dən çox şirkət iştirak edib. (Apa)