Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Eləcə də bax: Azərbaycanın iş adamları Qazaxıstana - 200 MLN. DOLLAR YATIRIBLAR
FED.az xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumu çərçivəsində baş tutub.
Belə ki, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC-nin baş direktoru Azamat Askarulı və “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bundan başqa, metal məhsullarının, günəbaxan yağının, duzun, düyünün, lak və boya məhsullarının tədarükü haqqında memorandum sənədi imzalanıb. Tədbirdə, həmçinin Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında saziş imzalanıb. (Report)