06 iyun 2025-ci il tarixində saat 12:00-da “QALA-STB” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 1200378431) Səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu Füzuli küçəsi 47, Füzuli Residence, 2-ci mərtəbə ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin yeni sədrinin seçilməsi daxildir.
Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-dan başlanacaq. Yığıncaq saat 12:00-da başlanır.
Qeydiyyat üçün şəxsiyyət vəsiqəniz mütləq təqdim olunmalıdır.
Səhmdarların ümumi yığıncağında şəxsən səhmdarın özü və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəsi iştirak edə bilər.
Ümumi yığıncağın gündəliyində duran məsələ ilə əlaqədar Cəmiyyətin hüquqşünası Sənan Şamilə müraciət etmək olar. Əlaqə telefonu: (051) 244-40-57.
Gündəliyə daxil edilmiş məsələlərlə tanış olmaq üçün bildirişdə qeyd edilən inzibati ofisə müraciət etmək olar