Hindistanın elektron kommersiya sahəsində çalışan «Snapdeal» şirkətinin rəhbəri Kunax Baxl Teslanın sahibi İlon Maska maraqlı təklif verib.
Eləcə də bax: Twitter-in ən böyük - SƏHMDARI OLDU
Hind iş adamı bir qədər əvvəl «Twitter»i almaq fikrinə düşən İlon Maska təklif edib ki, «Twitter»in 100% səhmini almaqdansa, Şri-Lanka-nın xarici borcunu bağlasın.
«İlon Maskın Twitter-ə təklif etdiyi qiymət 43 milyard dollardır. Şri-Lankanın xarici borcu isə 45 milyard dollardır. Mask bu borcu bağlayıb adanı «Seylon Mask adlandıra bilər», - deyə Baxl zarafatla bildirib.
Qey dedək ki, Şri-Lanka dövləti hazırda ağır iqtisadi durumdadır. Aprelipn 12-də Şri-Lanka hökuməti xarici borclarını ödəyə bilməyəcəklərini bildirərək defolt elan ediblər. Ölkədə təkcə mart ayında inflyasya 18,7% olub. Bu 2008-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.