ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskın (Elon Musk) Twitter-in səhmlərinin 9,2 faizini aldığını açıqlayıb.
FED.az xəbər verir ki, məlumat açıqlandıqdan sonra Twitter səhmləri sessiya öncəsi əməliyyatlarda 26% bahalaşıb.
Twitter-dən aktiv şəkildə istifadə edən Maskın platformada 80 milyondan çox izləyicisi var.
Mask, keçən ay sosial media hesabından verdiyi açıqlamada Twitter-in ifadə azadlığına yanaşması səbəbindən yeni bir sosial media platforması qura biləcəyinə işarə etmişdi.
9,2 faiz payla Mask Twitter-in 2 faizinə sahib olan həmtəsisçisi Cek Dorsini qabaqlayaraq ən böyük səhmdarı olub. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.