2023-cü ilin yanvar-avqust ayları ərzində 124,3 milyon dollar dəyərində tomat (pomidor) ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 9,9 milyon dollar və ya 7,4% azalıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 134,2 milyon dollar dəyərində pomidor ixrac edilib.