Bu ilin ilk doqquz ayında Azərbaycan xaricə 157,2 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 12,6% çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında 139,6 milyon dollar dəyərində pomidor ixrac edilmişdi.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








