2025-ci ilin ilk doqquz ayında Azərbaycanın alma ixracında ciddi artım qeydə alınıb. Hesabat dövründə xaricə 50,2 milyon ABŞ dolları dəyərində alma ixrac olunub.
FED.az xəbər verir ki, "İxrac İcmalı"na əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9 milyon dollar və ya 46,4% çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədən 34,3 milyon dollar dəyərində alma ixrac edilmişdi.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








