“PASHA Holding” MMC-nin bir il öncə təsis etdiyi “PAŞA Management Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə direktoru təyin edilib.
Eləcə də bax: “İnternational” BOKT-a yeni müşavir - TƏYİNATI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, ADA Universitetinin müəllimi olan Elvin Əlizadədir.
O, sentyabrdan etibarən bu vəzifənin icrasına başlayıb.
Əlizadə indiyə qədər ana şirkət “PASHA Holding”in əməkdaşı idi. Həmçinin, Xəzər və Qərb universitetlərində müəllim kimi çalışıb.
“PAŞA Management Company” MMC 2021-ci ilin sentyabrında yaradılıb və 100 manat nizamnamə kapitalına sahibdir. Şirkətin Baş direktoru isə “PASHA Holding”in rəhbəri (CEO) olan Cəlal Qasımov Ələkbər oğludur.