“PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro”larının rəhbərləri dəyişib.
Eləcə də bax: Türkiyə vətəndaşı “Azərtütün”ə rəhbər - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru bundan sonra Məcnun Məmmədov Qadir oğlu olacaq. O bu vəzifədə Tofiq Həmidovu əvəzləyib.
“PMD”dən tanıdığımız Məcnun Məmmədov holdinqin bağçılıq üzrə biznesində önəmli layihələri idarə edir. Hazırda o, həmçinin “Agro Food Investment” MMC-nin direktorudur. Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.