Ticarət fəaliyyətilə məşğul olan "Mazarina" MMC-nin sahibi dəyişib.
FED.az xəbər verir ki, "Mazarina" MMC-nin 05 dekabr 2023-cü il tarixli qərarı ilə Orxan Əhməd oğlu Poluyev Cəmiyyətin yeni təsisçisi elan edilib.
2017-ci ildə “Mazarina” MMC-nin adı “Mazarina Trade Company” MMC-yə rebrendinq edilib
"Yaçno Solınşko", "Henkel", "Garnier", "Soffione", "Ernet", Tibet", "Off", "Salloon", "Canbebe", "Raid", "Synergetic", , "Pronto", "Utenok", "MR Muscle", "Seni", "Heinz", "Elfbar", "Kodak", "Glade", "Camsil", "Avon" "Altın", "Kodak", "Bella", "Belgua", "Ontex", "Tzmo", "Arnier", "Kenton" kimi məhsullar “Mazarina Trade Company” tərəfindən ölkəmizə idxal olunur və marketlərə paylanır.
Qeyd edək ki, "Mazarina" MMC 03.09.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Az1005, Bakı şəhəri, Səbail Rayonu, Zeynalabdin Tağıyev, ev 18, m 9 ünvanında yerləşir.
Mazarina Trade Company" MMC isə 12.05.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Məmmədov Qədir Şirsoltan oğludur.
Hhüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu ev 191, m 26 ünvanında yerləşir.