Azərbaycanın ən böyük biznes-maliyyə qrupu olan «Paşa Holdinq»ə daxil olan və ölkə daxilində fəaliyyət göstərən maliyyə təşkilatları 2021-ci ildə ümumilikdə 315 milyon manat xalis qazanc əldə edib.
Eləcə də bax: «Paşa Holdinq»in gəliri açıqlandı – İLDƏ 1 MİLYARD DOLLAR!
FED.az şirkətlərin açıqladığı maliyyə hesabatlarına istinadən xəbər verir ki, «Paşa Holdinq»ə daxil olan maliyyə təşkilatları - «PAŞA Bank», «Kapital Bank», «PAŞA Həyat Sığorta», «PAŞA Sığorta» və «PAŞA Kapital» şirkətlərinin ümumi xalis mənfəəti 314 milyon 952 min manat təşkil edib.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – TAM SİYAHI - YENİLƏNİB
2021-ci ildə ayrı-ayrı şirkətlər aşağıdakı məbləğlərdə xalis mənfəət əldə edib:
«Kapital Bank» - 179 963 min manat,
«Paşa Bank» - 90 180 min manat,
«Paşa Sığorta» - 24 634 milyon manat,
«Paşa həyat Sığorta» - 17 7 milyon manat,
«Paşa Kapital» - 2 461 min manat
Xatırladaq ki, 2021-ci ildə sözügedən şirkətlərin mənfəəti bir qədər az olub. 2020-ci ildə Holdinqin maliyyə təşkilatları ili 380 milyon manat qazancla bitirmişdilər. Belə ki, 2020-ci ildə
«Kapital Bank» - 253 milyon 836 min manat,
«PAŞA Bank» - 79 milyon 483 min manat,
«Paşa Həyat Sığorta» - 21 milyon 773 min manat,
«PAŞA Sığorta» - 20 milyon 690 min manat,
«PAŞA Kapital» 3 milyon 082 min manat xalis mənfəət əldə etmişdi.