Azərbaycanın aparıcı biznes strukturu olan «Paşa Holdinq» 2021-ci ildə 1 milyard dollar gəlir əldə edib.
FED.az holdinqin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, ötən il qurumun ümumi gəlirləri 1,7 milyard manat təşkil edib.
Qeyd edək ki, ötən il də holdinqin gəlirləri təqdibən bu həddə olub – 1,6 milyard manat.
Holdinqin açıqladığı rəqəmlərə əsasən, 31 dekabr 2021-ci il tarixində “PAŞA Holding” MMC-nin cəmi aktivləri 15,5 milyard manat təşkil edib. Ötən il holdinqin aktivləri təqribən 17% yüksəlib. Xatırladaq ki, 2020-ci ilin sonunda holdinqin cəmi aktivləri 13,2 milyard manat idi.
Aktivlərin artımına baxmayaraq, «Paşa Holdinq»in kapitalı azalıb. Belə ki, 2020-ci ilin sonunda 2,6 milyard manat kapitalı olduğu halda, 2021-ci ildə bu rəqəm 13,5% azalaraq 2,25 milyard manata enib.
Qeyd edək ki, Paşa Holdinq Azərbaycanın bank sektorunda 2 ən byöük özəl banka sahibdir – «Paşa Bank» və «Kapital Bank». 2020-ci ildə bu iki bank ölkənin bank sektorunda aktivlərin həcminə görə 33% paya malik idilər. 2021-ci ildə isə «Paşa»nın banklarının payı daha da böyüyüyərək 34,1%-ə çatıb.
«Paşa Holdinq» burada çalışanların sayını da açıqlayıb – 2020-ci ilin sonunda holdinqdə 9500 nəfər çalışdığı halda, 2021-ci ildə bu rəqəm 7 min nəfər artaraq 16 min 560 nəfərə çatıb.