Fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu cür ödənişlər isə yeni nəsil, yəni real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir.
Eləcə də bax: ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ
Yeni nəsil kassa aparatlarının quraşdırılması isə mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.